insanların istismarı

Məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsi

insan psixikasına təsir göstərən maddələr
insayder
OBASTAN VİKİ
Əməyin istismarı
Əməyin istismarı — başqa şəxsin əməyinin nəticələrinin dəyişdirilmədən və ya dəyəri bu şəxsin iş vaxtı ərzində əməyinin yaratdığı dəyərdən az olan əmtəə (xidmət, pul) müqabilində verilməklə mənimsənilməsi. Karl Marks əməyin dəyər nəzəriyyəsinə əsaslanaraq belə qənaətə gəlirdi ki, istismar təkcə işçilərin açıq-aşkar asılılığı (quldarlıq, təhkimçilik, feodala tabelik) şəraitində mövcud deyil. İstehsalın və marketinqin bütün mərhələlərində (aldatma, zorakılıq və ya digər məcburiyyət olmadan) bütün malların tam dəyərinin ödənilməsi ilə bütün tərəflərin tamamilə könüllü hərəkətləri ilə belə muzdlu işçilərin əməyinin iqtisadi istismar mexanizmini göstərdi. Əksər qeyri-marksist iqtisadi nəzəriyyələr istismarın mövcud olmadığına və ya onun müstəsna olaraq qeyri-iqtisadi xarakter daşıdığına (zorakılıq, aldatma, asılılıq, məcburiyyət və s. əsasında) inanır. Marksizmə görə, hər hansı bir istismar forması üçün maddi ilkin şərt məhsuldar qüvvələrin inkişaf səviyyəsidir ki, bu zaman insan təkcə minimum ehtiyaclarını (zəruri məhsulu) ödəmək üçün deyil, həm də müəyyən izafi (artıq məhsul) istehsal edə bilər. muzdlu və ya məcburi işə götürülən şəxsin əməyini təşkil edən istehsal vasitələrinin sahibləri tərəfindən mənimsənilən.
Uşaqların cinsi istismarı
Pedofiliya (Uşaqların cinsi istismarı) — insan hüquqlarının daimi və çox ağır pozuntularından biridir. Üstəlik, AIDS dövründə qız uşaqları zorakılığa qarşı daha zəif olurlar və adətən insanlar tərəfindən ticarət obyektinə çevrilirlər və ya zorla seks-biznesə cəlb olunurlar. Lakin seksual zorakılığa cəlb olunan uşaqlar arasında HİV infeksiyasının dərəcəsi hələ ki, məlum deyil. Azərbaycanda uşaqların cinsi zorakılığa məruz qalması halları geniş yayılmasa da, bundan sığortalanmış da deyilik. Bir sözlə, pedofillik adlanan bu cinayət təkcə Azərbaycanın yox, bütün dünyanın problemidir. Modelyerlər hələ yetkinlik yaşına çatmamış qız uşaqları üçün dikdaban ayaqqabılar, cəlbedici alt paltarları və çimərlik paltarları hazırlayırlar. Fransada 10 yaşlı qız uşağının və cəlbedici, açıq-saçıq paltarla obyektivin qabığına keçib şəkil çəkdirməsi "pedofillik" mövzusunu gündəmə gətirib. Yetkinlik yaşına çatmış adamların yetkinlik yaşına çatmamış 4–11 yaş arasındakı uşaqlara qarşı seksual maraqları pedofiliya adlanır. Bütün dünyada, xüsusilə də Avropa ölkələrində pedofiliya əsas seksual cinayətlərdən biri hesab olunur. Pedofillik daha çox kişilərdə müşahidə olunur.
Yüksək effektiv insanların 7 vərdişi
Yüksək effektiv insanların 7 vərdişi (ing. The 7 Habits of Highly Effective People: Restoring the Character Ethic) — amerikalı müəllif Stiven R. Kovi tərəfindən yazılmış və ilk dəfə 1989-cu ildə nəşr olunan biznes və özünüinkişaf kitabı. Kovi effektivliyi arzuolunan nəticələrin əldə edilməsi ilə həmin nəticələrin doğurduğu şeylərin qayğısına qalmaqda yaranan balans kimi müəyyən edir. O, bunu "Qızıl yumurta qoyan qaz" nağılına istinad etməklə göstərir. O, iddia edir ki, effektivlik P/PC nisbəti ilə ifadə edilə bilər, burada P arzu olunan nəticələrin əldə edilməsinə aiddir və PC nəticələri doğuran şeylərin qayğısına qalmağı göstərir. Kovi bir çox müasir özünüinkişaf kitablarında üstünlük təşkil etdiyi şəxsiyyət etikası adlandırdığı şeyə qarşı çıxır. O, xarakter etikası adlandırdığı şeyi təbliğ edir: birinin dəyərlərini universal və zamansız prinsiplər olduğunu iddia etdiyi şeylərlə uyğunlaşdırmaq. Bunu edərkən, Kovi prinsipləri və dəyərləri fərqləndirir. O, prinsipləri xarici təbii qanunlar kimi görür, dəyərlər isə daxili və subyektiv olaraq qalır. O deyir ki, dəyərlər insanların davranışlarını idarə edir, prinsiplər isə son nəticədə nəticələri müəyyən edir.
Mistik şəkildə itkin düşmüş insanların siyahısı
Mistik şəkildə itkin düşmüş insanların siyahısı (ing. List of people who disappeared mysteriously)- İtkin düşmə və yaxud ölüm səbəbləri tam olaraq müəyyənləşməyən insanların siyahısı. Mistik şəkildə itkin düşmüş insanlar dedikdə əsasən ənənəvi olmayan fenomenal hadisələr toplusu nəzərdə tutulur. Bir çox mistik şəkildə itkin düşmüş şəxslər rəsmən ölmüş olaraq sinifləndirilir. Bunun səbəbə isə baş verən hadisələrin üzərindən uzun müddət keçməsidir. Tarixə də bizə məlum ilk mistik itkin düşmə halı eramızdan əvvələ təsadüf etməkdədir. Qədim Romada qulların azadlıqları naminə mübarizə aparan Spartak e.ə. 71-ci ildə itkin düşmüş və bu tarixdən sonra bir daha görülməmişdir. Onun bu tarixdə öldüyü ehtimal edilir.